Şahzadələr arasında dava: Uilyam Harrini döydü
    • 5-01-2023, 11:50
    • 252

Şahzadələr arasında dava: Uilyam Harrini döydü

Britaniya şahzadəsi Harri böyük qardaşı, taxtın varisi Şahzadə Uilyam tərəfindən fiziki hücuma məruz qalıb.

News24.az xəbər verir ki, Harri bu barədə özünün “Spare” avtobioqrafik kitabında yazıb. 

Qeyd olunur ki, hadisə 2019-cu ildə Böyük Britaniyanın paytaxtında baş verib.

Harri və Uilyam arasında mübahisə birincinin həyat yoldaşı amerikalı aktrisa Meqan Marklın ucbatından yaşanıb. 

Harri xatirələrində Uilyamın kral ailəsi ilə münasibətlərində yaranan problemləri və media qalmaqallarını müzakirə etməyə gəldiyini söyləyib.

Mübahisə qardaşlar arasında söz davasına Daha sonra isə Uilyamın Harriyə hücum etməsinə səbəb olub.

Harri hər şeyin çox tez baş verdiyini, qardaşının yaxasından tutub, boyunbağısını qoparıb və onu yerə yıxdığını açıqlayıb. /Guardian/

Teymur MƏMMƏDOV