-
- 16-01-2023, 16:16
- 6 364
AĞIR İTKİ ÜZ VERDİ: MƏŞHUR SİMA VƏFAT ETDİ - FOTO
Məşhur italiyalı aktrisa Cina Lollobricida vəfat edib.
News24.az xəbər verir ki, aktrisa 95 yaşında vəfat edib.
Luicina kinoda epizodik rolları ilə 1946-cı ildə debüt edib. 1947-ci ildə Miss İtaliya gözəllik müsabiqəsində üçüncü yeri tutub.
1950-1951-ci illərdə isə ardıcıl üç italyan filmində baş rollarda çəkilib. Aktrisaya dünya şöhrətini gətirən film isə fransız kinorejissoru Kristian-Jakın “Fanfan Lalə” filmindəki gözəl Adeline obrazı olub.
Həmin filmdəki ortağı Jerar Filip ilə 1952-ci ildə yenidən çəkiliş meydançasında – “Gecə gözəlləri” filmində görüşüblər.
Cina Lollobricidanın kino karyerası 1973-cü ildə yekunlaşsa da, 1997-ci ilə qədər filmlərdə rol alıb. 50 il ərzində o, Avropa və ABŞ-da 60-dan çox filmdə çəkilib, onların yarıdan çoxu 1950-ci illərdə çəkilib. Onun ən diqqətçəkən rollarından biri də Jan Delannuanın rejissoru olduğu “Notr-Dam Katedralı”nda (1956) Esmeralda obrazı olub.
70-ci illərdə çəkiliş meydançasından ayrıldıqdan sonra Lollobricida peşəkar fotoqraf olub, “Mənim İtaliyam” və “Uşaqlar və Heyvanlar” mövzusunda bir neçə albom buraxıb. Paul Nyuman, Salvador Dali və Fidel Kastro onun üçün poz veriblər və sonralar Cina onlar haqqında film çəkib. Cina heykəltəraşlıqla da məşğul olub./apa.az