Rusiyanın müdafiə naziri Ukraynada əsgərləri yoxlayır
    • 17-01-2023, 13:30
    • 177

Rusiyanın müdafiə naziri Ukraynada əsgərləri yoxlayır

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada döyüşən hərbi hissələrə baxış keçirib.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirlir ki, Şoyqu Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat” zamanı “Şərq” hərbi hissəsinin qərargahına baxış keçirib və hərbi hissələrin komandirindən mövcud vəziyyət və döyüş hərəkətləri barədə məlumat alıb. 

Qoşunların möhkəmləndirilməsi və yerlərdə təhlükəsiz yerləşdirilməsi üçün lazımi şəraitin yaradılması məsələsinə diqqət çəkən Şoyqu səhiyyə məsələsi və cəbhə arxasında aparılan işlərlə də maraqlanıb.