-
- 17-01-2023, 14:06
- 236
Quterreş Rusiya ordusunun Dneprə hücumunu sərt tənqid etdi
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə raket hücumunu pisləyib.
News24.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefani Tremblay açıqlama verib.
O vurğulayıb ki, Quterreş ən azı 40 nəfərin öldüyü, çox sayda insanın yaralandığı və onlarla şəxsin itkin düşdüyü raket hücumunu sərt qınayır.
Qeyd edək ki, yanvarın 14-də Rusiya ordusunun Dnepr şəhərində 9 mərtəbəli yaşayış binasına atdığı raket hücumunda aralarında uşaqların da olduğu 40 dinc sakin həyatını itirib, 75-i yaralanıb. Hücumdan sonra Dneprdə üç günlük matəm elan edilib.
Digər tərəfdən Kremlin sözçüsü Dmitri Peskov Dneprdəki raket hücumu ilə bağlı ittihamları rədd edərək, “Rusiya ordusu yaşayış binalarına və sosial infrastruktur obyektlərinə hücum etmir” sözlərini işlədib.