Nemət Pənahlıdan efirdə başı üstə dayanmasına REAKSİYA:
    • 17-01-2023, 18:15
    • 642

Nemət Pənahlıdan efirdə başı üstə dayanmasına REAKSİYA: "Bu, mənim həyat tərzimdir"

“Hər kəs hadisələrə öz ağlı, düşüncəsi səviyyəsində münasibət bildirir. Və insanlar istədikləri münasibəti bildirməkdə sərbəstdirlər. Bunda heç bir problem yoxdur”. 

Bunu News24.az-a açıqlamasında Milli Azadlıq hərəkatının liderlərindən olan Nemət Pənahlı deyib. 

O bildirib ki, idman onun həyat tərzidir: “Sevinc xanım məndən təkidlə xahiş etdi. Mən bu hərəkəti ona öyrədə biləcəyimi dedim. Düşünmürəm ki, nəsə qeyri-adi hərəkət etmişəm. Heç bir idman növü ilə professional şəkildə məşğul olmuram. Bu, mənim həyat tərzimdir".

Qumral Əliyeva