"Övladım efirdən yox, məndən tərbiyə almalıdır"- ZÜLFİYYƏ XANBABAYEVA
    • 18-04-2020, 13:19
    • 1 050

"Övladım efirdən yox, məndən tərbiyə almalıdır"- ZÜLFİYYƏ XANBABAYEVA

"Bəzən deyirlər ki, müğənnilər və ya efir insanı uşaqlar üçün örnək olmalıdır. Amma mən bu barədə yetkin bir fikirdə deyiləm. Övladım efirdən yox, məndən tərbiyə almalıdır".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva Əməkdar artist Bəhram Bağırzadənin canlı yayımında deyib. O, bəzi həmkarlarından fərqli olaraq evdə idmanla məşğul olmadığını deyib: "Bağda xoruzun səsindən sübh tezdən oyanırsan. Yalandan deyə bilmərəm ki, səhər tezdən oyanan kimi idman edirəm. Xeyr, idmanla məşğul olmuram. Evdə keçirdiyim vaxt mənim üçün idmandan daha artıqdır. Bir yerdə oturmağı sevmirəm. Yeri gələndə həyətdə nəsə əkib, becərirəm. Bir sözlə, mən evdə işsiz qalmıram. Təbii ki, bu günlərdə yaradıcılığıma da zaman ayırıram". 

Sevda Bayramova