-
- 18-01-2023, 11:04
- 627
Diş həkimi inşaat işçisi çıxdı
İstanbulda dişi ağrıdığı üçün qohumunun tövsiyəsi ilə evə gələn diş həkimi inşaat işçisi çıxıb.
News24.az xəbər verir ki, hadisə ötən il mayın 1-də Şişlidə baş verib.
44 yaşlı Rıdvan K. qohumu Fırat K-ya dişinin ağrıdığını deyib. Qohumu isə ona diş həkimi tanıdığını, istəsə evə gəlib onu müalicə edə biləcəyini deyib.
Diş ağrısından əziyyət çəkən gənc qohumunun təklifini qəbul edərək, həkimi evinə dəvət edib. Diş müalicə alətləri ilə evə gələn Ferhat B. Rıdvan K.-ya bəzi müalicələr edib.
Müalicilər üçün diş həkiminə 10 min lirə ödəyən gəncin diş ağrısı davam edib.
Ferhat B.-dən şübhələnən gənc, araşdırma aparıb və onu müalicə edənin əsl həkim olmadığını öyrənib.
Onu müalicə edən vətəndaşın inşaat işçisi olduğunu öyrənən gənc saxta həkim barəsində İstanbul Prokurorluğuna şikayıt edib. Onun barəsində cinayət işi qaldırılıb. /Haber Global/
Teymur MƏMMƏDOV