Ülvira Qarayavedan ANS-ə qarşı ŞOK İTTİHAM: “yağmalanmışam”
    • 19-01-2023, 12:15
    • 486

Ülvira Qarayavedan ANS-ə qarşı ŞOK İTTİHAM: “yağmalanmışam”

Tanınmış aparıcı Ülvira Qarayeva pensiya fonduna yüklənən aylıq vergisi ilə bağlı ittihamlar irəli sürüb.

News24.az  xəbər verir ki, onun sözlərinə görə, aparıcı ANS-də işlədiyi dövrdə pensiya fonduna bir qəpik də ödənməyib:
“Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fonduna bir qəpik də ödənməyib, halbuki hər maaşımdan pul kəsilirdi.

Bunu mənə bir həmkarım demişdi, inanmamışdım, amma doğrudan belə imiş. Ödənişlər cibə gedirmiş, demək, hər ay. İllərlə soyulmuşam, yağmalanmışam, bu, azmış kimi, gələcəyimdən də oğurlanıb”.//lent