-
- 20-01-2023, 20:58
- 244
"Vaqner" tərəfindən cəlb edilən məhbusların qohumları boş tabutlar alırlar
Ukrayna ilə müharibədə iştirak etmək üçün "Vaqner” özəl hərbi şirkətə cəlb edilmiş məhbusların qohumlarına boş tabutlar qaytarılır və onları açmaq qadağan edilir.
Bu barədə "Dojd" telekanalı məhbuslardan birinin həyat yoldaşına və internetdə bir neçə oxşar xəbərə istinadən reportaj hazırlayıb
Kanalın Angelina (ad dəyişdirilib) adlandırdığı qadının sözlərinə görə, o, ərini dəfn edib, sonra isə onun sağ olduğunu öyrənib. Payızda əri, qeyd etdiyi kimi, onun iradəsinə zidd olaraq, "Vaqner”ə cəlb edilib, çünki ərinin Ukraynada qohumları var və o, Ukraynanı "faşist" ölkə hesab etmirdi.
Dekabrın sonunda "Vaqner”in nümayəndələri Angelina ilə əlaqə saxlayaraq, ərinin öldüyünü bildiriblər. Ona sink tabutu, medallar, "LXR" uğrunda döyüşdə öldüyü haqqında qramota və Baxmutda imzalanmış ölüm şəhadətnaməsi verilib.
"Bizə dedilər ki, tabutu açmağa ehtiyac yoxdur, çünki müharibəyə göndərməzdən əvvəl DNT götürürlər və meyitlər tapılanda müqayisə edirlər. Bizə dedilər: biz sizə 100% zəmanət veririk ki, odur”, deyə Angelina izah edir.
Ətraflı
Dəfn mərasimindən bir neçə gün sonra qadına naməlum şəxsdən mesaj gəlib və o, ərinin indi Debaltseve yaxınlığında olduğunu iddia edib. Bir müddət sonra ona Ukrayna nömrəsindən zəng gəlib. Zəng edən şəxs özünü SBU zabiti kimi təqdim edib. Onun sözlərinə görə, Angelinanın əri sağdır və Ukraynada həbsdədir.
SBU əməkdaşı qadına bildirib ki, əri dekabrın sonunda saxlanılıb və xilas edilib.
Angelina Federal Penitensiar Xidmətə müraciət edib, lakin onlar ona "hər şey məxfidir” deyiblər. Ukraynanın hərbi komendantlığı ərinin əsirlikdə və yaralılar siyahısında olduğunu təsdiqləyib. Xarkov vilayətinin SBU şöbəsində "Dojd” bu məlumatı təsdiq və ya təkzib edə bilməyib.
"Çox narahatam ki, harasa gedib desəm ki, bu nömrədən mənə zəng ediblər və o, sağdır, özü peyda olmamış onu tapacaqlar. Bəs insanın başına bir şey gəlsə? Axı o, sənədlərə görə prinsipcə ölüdür”, - Angelina deyir.
Oxşar halları məhbusların digər qohumları Ukraynadakı müharibə ilə bağlı çatlarda və sosial şəbəkələrdə təsvir edirlər. "Vaqner" tabutları açmağı məsləhət görmür və insanlar çox vaxt bunu etməkdən qorxurlar. /Qaynarinfo/