-
- 23-01-2019, 15:00
- 997
“Əgər məni “ilişdirib” kameraya salsalar...” - ABŞ-ın ittihamlarına cavab
Müğənni Emin Ağalarov ABŞ-da ona qarşı irəli sürülən ittihamlarla bağlı açıqlama verib.
“Rossiya 24” telekanalına danışan Ağalarov ittihamları fantastika adlandırıb:
“Mən heç bir qanunu pozmamışam, gizlədəcək heç nəyim yoxdur. Əgər nəticədə məni “ilişdirib”, uzun illər ifadə verməli olacağım hansısa kameraya salsalar, nə etmək olar? Yəqin, bu, mənim taleyim olacaq. Mən əlbəttə istəməzdim ki, bu baş versin, lakin yenə də deyirəm: mən tamamilə heç bir sərhədi, qanunu pozmamışam. Müzakirə olunan, təqdim olunan hər şey fantastika aləmindəndir”.
Xatırladaq ki, daha əvvəl müğənninin vəkili Skott Balber bildirmişdi ki, ABŞ-ın “Rusiya işi” üzrə xüsusi prokuroru Robert Müller Emin Ağalarovun dindirilməsi ilə bağlı sorğu göndərib. Ötən gün isə Ağalarov twitter hesabında ABŞ və Kanadaya nəzərdə tutulan qastrollarının təxirə salındığını elan etmişdi.
//Qafqazinfo.az