Zaqatalada 15 otaqlı ev yanıb
    • 21-01-2023, 18:58
    • 204

Zaqatalada 15 otaqlı ev yanıb

Zaqatala rayonunda 15 otaqlı fərdi yaşayış evi yanıb.

News24.az-ın məlumatına görə, hadisə Muğanlı kəndində qeydə alınıb.

Belə ki, 1957-cı il təvəllüdlü İbrahim Həsən oğlu İbrahimova məxsus fərdi yaşayış evində yanğın olub.

Yanğın zamanı ümumi sahəsi 480 kv.m olan 15 otaqdan ibarət olan yaşayış evinin 2-ci mərtəbəsindəki 9 otaq və tavan hissəsi tamamilə yanıb.

Evin birinci mərtəbəsində olan 6 otaq isə yararsız vəziyyətə düşüb.

Yanğın yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla baglı araşdırma aparılır.