Göyçayda ev yandı - FOTO
    • 11-05-2022, 21:06
    • 388

Göyçayda ev yandı - FOTO

Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

Bu gün axşam saatlarında Göyçay rayonunun Cəyirli kənd sakini, 1990-cı il təvəllüdlü Ömərli Orxan Elxan oğluna məxsus ümumi sahəsi 210 kvadratmetr olan ikimərtəbəli 4 otaqlı evdə yanğın baş verib.

Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı evin 105 kvadratmetrlik tavan hissəsi və 35 kvadratmetrlik çardaq hissəsi yanıb.

Alovun qarşısı alınıb, yanğın söndürülüb./Apa.az/