Oğurlanan şəhid plakatının yerində xatirə abidəsi ucaldıldı
    • 23-01-2023, 15:47
    • 190

Oğurlanan şəhid plakatının yerində xatirə abidəsi ucaldıldı

Sumqayıtda şəhid abidəsinin açılışı olub. 

News24.az xəbər verir ki, Vətən müharibəsi şəhidi Rahib Babayevin xatirəsinə uçaldılmış abidənin açılış mərasimi keçirilib. Abidə onun yaşadığı məhəllədə inşa olunub. Mərasimdə şəhidin doğmaları, şəhər icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid anaları və yerli sakinlər iştirak ediblər.

Rahib vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə aşağıdakı medallar və ordenlə təltif edilib:

3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı;
2-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı;
“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı;
“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı;
“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı;
“Vətən uğrunda” medalı (ölümündən sonra);
“Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra);
“Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra).

Xatırladaq ki, ötən ilin noyabr ayında şəhid Babayevin xatirəsinə quraşdırılmış plakatın oğurlandığı haqda məlumat vermişdik.//Sumqayıt24