Bu məşhurlar da evlənir - FOTO
    • 23-01-2019, 17:45
    • 757

Bu məşhurlar da evlənir - FOTO

İki illik sevgili olan Türkiyənin tanınmış aktrisası Amina Gülse və futbolçu Mesut Özil evlənməyə qərar veriblər.

Münasibətlərini nigaha çevirməyi düşünən cütlük bunu bu ilin yayında həyata keçirəcəklər. Röya kimi toy təşkil etməyi planlaşdıran məşhurlar məkan olaraq İngiltərənin paytaxtını seçiblər.

Londonda baş tutacaq toyda iştirakları üçün Amina və Mesut dotları və yaxınları üçün xüsusi təyyarə təşkil edəcəklərini bildiriblər. 

Hazırda özləri də Londonda yaşayan cütlük bu yaxınlarda nişanlanmışdı. Əksəriyyəti onların toyu İstanbulda edəcəklərini düşünsə də cütlüyün qərarı onları təəccübləndirib. 

Bu arada, Gülse toyunda nə az nə çox - düz 3 gəlinlik dəyişəcək. 

News24.Az