55 yaşlı rejissor ilk dəfə evləndi
    • 29-11-2018, 13:47
    • 1 607

55 yaşlı rejissor ilk dəfə evləndi

Dünən daha bir tanınmış sima subaylığa son qoyub.

News24.Az xaricə mətbuata istinadən xəbər verir ki, Hollivudun məşhur rejissor və aktyoru Kventin Tarantino dünən ilk dəfə evlənib. 55 yaşlı Tarantino ailə tellərini 35 yaşlı İsrail müğənnisi Daniella Pik ilə bağlayıb. 

Toy mərasimi Los-Ancelesdə ailə və yaxın dostların iştirakı ilə özəl keçirilib. Rəsmi hissədən sonra yeni evlənən cütlük Beverli-Hilzdə yerləşən restoranların birinə yollanıblar. Onlar dostları ilə birgə toylarını qeyd ediblər. 

Deyilənə görə Kventin və Daniella bu gün daha da masştablı toy təşkil edəcəklər. Bu dəfə toyda bir çox məşhurlar da iştirak edəcəklər.

Cütlük 2009-cu ildə İsraildə "Şərəfsiz əclaflar" filminin premyerası zamanı tanış olublar. Nişan mərasimləri isə ötən ilin yayında baş tutub. Nişanlanana qədər Tarantino və Pik dəfələrlə ayrılıb, barışıblar. 

İlk dəfə evlənən K. Tarantino daha əvvəl dəfələrlə heç vaxt evlənməyəcəyi haqda açıqlamalar vermişdi. Səbəb olaraq isə işinin vaxtının çox hissəsini apardığını göstərmişdi.

News24.Az