-
- 24-01-2023, 13:48
- 259
Pənah Hüseyn etiraz etdi: "Partiyam qeydiyyata alınmır, ƏSASSIZ SƏBƏBLƏR deyirlər"
Ötən gün Azərbaycanın sabiq Baş naziri Pənah Hüseynin partiyasının dövlət qeydiyyatına alınmamasında dair məlumatlar yayılıb.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn məsələ ilə bağlı News24.az-a açıqlama verib.
O, açıqlamasında bildirib ki, Azərbaycan Xalq Partiyasının (AXP) V qurultayının nəticələrinin Ədliyyə Nazirliyində hüquqi fakt kimi qeydə alınması süni şəkildə uzadılır:
"Səbəb olaraq dünənə kimi texniki iradlar göstərirdilər, indi isə deyirlər ki, "5 min imzanı verməmiş biz təsdiq edə bilmərik". Bu, tamamilə əsassızdır. Ümumiyyətlə, qanunvericilikdə belə şey yoxdur. Yeni qanunla partiyanın 5 min imza siyahısını 180 gün ərzində verməliyik. Bu, başqa tələbdir".
Aynurə Fateh