"Əqrəb mövsümü" neçəyə başa gəlib? - RƏSMİ BÜDCƏ

"Əqrəb mövsümü" neçəyə başa gəlib? - RƏSMİ BÜDCƏ
İQTİSADİYYAT

24-01-2023, 21:26

Mətn ölçüsü

İctimai TV-də efirə gedən "Əqrəb mövsümü" serialı son günlər televiziya məkanında ən çox izlənən seriallar sırasındadır.

Sosial şəbəkə platformalarında müzakirələrə səbəb olan ekran işinin büdcəsi ilə maraqlandıq.

Layihənin baş prodüseri Yalçın Verdiyev İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirib ki, serialın ümumi büdcəsi 249643.60 AZN-dir.  

Bu rəqəmə həm aktyorların qonorarı, həm rekvizitlərin alınması - bir sözlə bütün xərclər daxildir.

Y.Verdiyev həmçinin onu da əlavə edib ki, layihənin heç bir sponsoru yoxdur və qeyd olunan maliyə vəsaiti İTV-nin büdcəsindən ayrılıb.