“Xəzər TV” yeni serialın yayımına başladı
    • 29-06-2022, 13:11
    • 1 053

“Xəzər TV” yeni serialın yayımına başladı

Azərbaycan televiziya məkanında ilk dəfə olaraq “Xəzər TV”nin efirində yapon kinematoqrafçılarının ərsəyə gətirdiyi “Naoki Hanzava” serialının yayımına başlanılıb.

“Xəzər Media Mərkəzi”nin mətbuat xidmətindən verilən məlumata görə, serial biznes sektoruna aid uğurlu bank işçisinin həyat hekayəsindən bəhs edir. Daim irəli gedən gəncin əslində planları başqadır: o,  atasının intiqamını almaq istəyir. Ağlasığmaz zəka oyunları, həyəcanlı, mübahisə və mübarizə hissələri ilə bol “Naoki Hanzava” serialı Yaponiyada reytinq fenomenidir.  

Bu il Azərbaycan - Yaponiya diplomatik münasibətlərinin 30 illik yubileyidir və bu münasibətlə bir neçə  layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı ətraflı məlumat verən “Xəzər TV"nin Baş prodüseri Toğrul Məmmədov bildirib ki, Yaponiyanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq müqavilə və lisenziya əsasında həyata keçirilir: “ “Japan Foundation” "Xəzər Media Mərkəzi"nə sözügedən serialın lisenziyasını 3 illik müddətinə Yaponiyanın müvafiq dövlət qurumundan təqdim olunub: “Yaponiyanın Azərbaycandakı Səfirliyindən “Xəzər Media Mərkəzi”nə təqdim olunan filmlərin arasından müasir biznes sektoruna uyğunluğu, yapon mədəniyyəti və ailə dəyərləri təbliğ olunduğu, eyni zamanda korporativ münasibət və iş mühitində etik davranışları əks etdirdiyinə görə məhz “Naoki Hanzava“ seçdik. Bu ilin əvvəllərindən isə bizə göndərilən materialların dublyaj prosesinə başlanılıb”. 

T.Məmmədov əlavə edib ki, filmin dublyaj prosesi “Xəzər Media Mərkəzi”ndə Azərbaycanın xalq artisti Sabir Məmmədov, Emin Nəsirli, Ofeliya Novruzqızı, Məsmə Aslanqızı və başqalarının iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, serialın ilk yayımı iyunun 27-də efirə gedib. Serial həftəiçi 5 gün 00:00-da ekranlarda olur.