Abşeronda yaşayış evində partlayış oldu
    • 25-01-2023, 10:27
    • 490

Abşeronda yaşayış evində partlayış oldu

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Görədil kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus fərdi yaşayış evinin həyətində ümumi sahəsi 360m² olan ikimərtəbəli köməkçi tikilinin birinci mərtəbəsində yerləşən mətbəxində ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşahidə edilməyən partlayış baş verib.

Hadisə nəticəsində mətbəxin qapı-pəncərəsi çərçivədən çıxıb, lambirdən ibarət tavanı dağılıb. Partlayış dalğasının təsirindən yaxınlıqda olan ikimərtəbəli evin pəncərə şüşələri sınıb.

Partlayış nəticəsində xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.