Əsgərlikdən gələn oğlan pulsuzluğa görə uşağı qaçırdı
    • 25-01-2023, 13:52
    • 201

Əsgərlikdən gələn oğlan pulsuzluğa görə uşağı qaçırdı

Türkiyədə azyaşlı oğurlanıb.

News24.az xəbər verir ki, hadisə Bolu vilayətində baş verib. 21 yaşlı Onur. Ö küçədə iti ilə oynayan 7 yaşlı Ö.BÖ-nü qaçırıb. O, azyaşlını yaxınlıqdakı binalardan birinin balkonunda stola oturdaraq, bağlayıb.

Ancaq o, uşağın valideynlərindən pul istəmək üçün geri qayıdarkən, polis tərəfindən saxlanılıb.

Onur.Ö hərbi xidmətdən yeni gəldiyini və pulu olmadığı üçün uşağı qaçırtdığını bildirib.//lent.az