Bakıda tələbə imtahana girdi, körpəsinə dekan baxdı
    • 25-01-2023, 17:03
    • 211

Bakıda tələbə imtahana girdi, körpəsinə dekan baxdı

Azərbaycan universitetlərindən birində maraqlı hadisə yaşanıb. 

News24.az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin xanım tələbəsi körpəsini əmanət edəcək kimsəsi olmadığı üçün övladını özü ilə imtahana gətirib.

Çətin vəziyyətdə qalan tələbənin dadına müəllimi yetişib. Belə ki, gənc ana imtahandan çıxanadək körpəyə Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova baxıb.