ABŞ Ukraynaya 31 "Abrams" tankı göndərəcək

ABŞ Ukraynaya 31 "Abrams" tankı göndərəcək
Dünya

25-01-2023, 21:35

Mətn ölçüsü

“Ukrayna ordusu əks-hücum əməliyyatları keçirməyə hazırlaşır”.

News24.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.

“Yaz yaxınlaşdıqca Ukrayna qüvvələri tutduqları ərazinin təhlükəsizliyini təmin etməyə çalışır və əlavə əks-hücumlara hazırlaşır. Ərazilərini azad etmək üçün onlar qısa müddət ərzində Rusiya taktikasına və döyüş meydanı strategiyasına qarşı çıxa bilməlidirlər”-deyə, Bayden əlavə edib.

Eyni zamanda Bayden Ukraynaya 31 “Abrams” tankının tədarük ediləcəyini açıqlayıb.

“Bu gün mən bəyan edirəm ki, ABŞ Ukraynaya 31 "Abrams" tankı göndərəcək. Tanklarının Kiyevə çatdırılması vaxt aparacaq, lakin Birləşmiş Ştatlar tez bir zamanda Ukrayna hərbçilərini hazırlamağa başlayacaq”.