Britaniya səfiri İrana qayıdıb
    • 25-01-2023, 23:55
    • 227

Britaniya səfiri İrana qayıdıb

Mən İrana təzəcə qayıtmışam.

News24.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerklif “Twitter“ hesabında yazıb.

“Mənim təcrübəmə görə, əksər iranlılar bir-birinə, eləcə də əcnəbilərə qarşı mehriban və hörmətlidir”, - deyə diplomat paylaşımında qeyd edib.

Qeyd edək ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi ikili vətəndaşlığı olan Əlirza Əkbərinin edam edilməsi ilə əlaqədar Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklifi məsləhətləşmələr üçün Londona çağırmışdı.