Tramp:
    • 27-01-2023, 10:16
    • 374

Tramp: "Prezident olsaydım Rusiya-Ukrayna müharibəsi heç vaxt baş verməzdi"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynada 24 saat ərzində sülhə nail ola biləcəyini bildirib.

News24.az
xəbər verir ki, D.Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb: "Mən prezident olsaydım, Rusiya ilə Ukrayna arasında müharibə heç vaxt baş verməzdi. Amma indinin özündə belə, prezident kimi mən 24 saat ərzində bu dəhşətli müharibəni dayandırmaq üçün razılaşma əldə edə bilərdim". 

Qeyd edək ki, Donald Tramp Qərb istehsalı olan tankların Ukraynaya tədarükü münaqişəni nüvə müharibəsinə çevirə biləcəyini deyib.

Keçmiş Amerika lideri Ukraynadakı münaqişənin III Dünya Müharibəsinə çevrilə biləcəyi barədə dəfələrlə xəbərdarlıq edib. O, həmçinin əmin edib ki, ABŞ prezidenti olsaydı, vəziyyət hərbi əməliyyatlar həddinə çatmazdı.

Teymur MƏMMƏDOV