Onun etdiyi heç nəyin sonu yaxşı olmur...  - Tramp Pelosini TƏHQİR ETDİ
    • 3-08-2022, 12:44
    • 443

Onun etdiyi heç nəyin sonu yaxşı olmur... - Tramp Pelosini TƏHQİR ETDİ

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini tənqid edib.

News24.az Sky News-a istinadla xəbər verir ki, keçmiş dövlət başçısı Pelosini “dəli” adlandırıb və əlavə edib ki, siyasətçinin hərəkətləri yaxşı heç nə ilə bitmir.

“O həmişə yalnız xoşagəlməz hadisələrə səbəb olur. Onun etdiyi heç bir şeyin sonu yaxşı olmur”, - Tramp Truth Social-da sosial şəbəkəsinddə yazıb