-
- 27-01-2023, 16:24
- 273
Çavuşoğlu Ceyhun Bayramova zəng edib, İrandakı səfirliyə hücumu pislədi
Türkiyə Respublikasının xarici işlər naziri Mevlut Çavuşoğlu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı edilmiş xain terror hücumunu qətiyyətlə pisləyib.
XİN-dən News24.az -a verilən xəbərə görə, səfirliyin hadisə nəticəsində həyatını itirmiş əməkdaşına görə mərhumun ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.
Nazir Mevlüt Çavuşoğlu Azərbaycanın yalnız olmadığını, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov bu qardaşlıq və həmrəylik diləklərinə görə Türkiyə xarici işlər nazirinə minnətdarlığını bildirib, xain terroru törədənlərin və havadarların ən qısa zamanda ədalət qarşısında cavab verməsi üçün Azərbaycan tərəfinin əlindən gələni əsirgəməyəcəyini bildirib.