İran səfirliyi Azərbaycanın diplomatik korpusuna terror hücumunu pislədi
    • 27-01-2023, 18:22
    • 308

İran səfirliyi Azərbaycanın diplomatik korpusuna terror hücumunu pislədi

İran səfirliyi Azərbaycanın Tehrandakı diplomatik korpusuna terror hücumunu pisləyib.

Səfirlikdən News24.az-a verilən məlumatda Azərbaycan səfirliyinin işçilərindən birinin həyatını itirməsi ilə bağlı Azərbaycan dövlətinə və xalqına dərin hüznlə başsağlığı verilir.

Bildirilir ki, İran səfirliyi dost və qardaş Azərbaycan səfirliyinə, silahlı şəxsin hücumunu pisləyir: "Bu acı hadisənin baş verdiyi ilk anlardan İran polis, siyasi və təhlükəsizlik orqanlarının rəsmiləri hadisənin və hazırda həbs olunaraq istintaqa cəlb olunan şəxsin bu cinayəti törətməsinin səbəblərini hərtərəfli araşdırılması üçün xüsusi göstəriş veriblər. Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Həmçinin hadisə ilə bağlı iki ölkənin rəsmiləri arasında diplomatik əlaqələr davam edir. Bununla bağlı iki ölkənin xarici işlər nazirləri bu gün telefonla danışacaqlar".