Goranboyda minik maşını mikroavtobusla toqquşub, xəsarət alan var
    • 28-01-2023, 19:30
    • 276

Goranboyda minik maşını mikroavtobusla toqquşub, xəsarət alan var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəlməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015" markalı minik maşını ilə "Mersedes-Vito "markalı mikroavtobus toqquşub.

Qəza zamanı 1983-cü il təvəllüdlü Vüsal Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /APA/