Türkiyədə bir gündə ikinci avtobus qəzası: 12 turist yaralanıb - FOTO
    • 28-01-2023, 21:57
    • 187

Türkiyədə bir gündə ikinci avtobus qəzası: 12 turist yaralanıb - FOTO

Türkiyənin Niğde vilayətində mikroavtobusun qəzaya uğraması nəticəsində ən azı 12 xarici turist xəsarət alıb.

-ın məlumatına görə, avtobus İstanbuldan turistlərin məşhur məkanı olan Kapadokyaya gedirmiş və yolun müəyyən bir hissəsində aşıb. İnsident nəticəsində sürücü və bələdçi də daxil olmaqla 14 nəfər xəsarət alıb.

Bütün zərərçəkənlər xəstəxanalara çatdırılıb. Dörd nəfərin vəziyyəti ağır qiymətləndirilir. Polis qəzanın səbəblərini araşdırır.

Xatırladaq ki, şənbə günü Türkiyədə, bu dəfə cənub-şərqdəki Hatay vilayətindən Kayseri şəhərinə səyahət edən yerli turistlərlə dolu daha bir avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində bir nəfər ölüb, 27 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.