İranın müxtəlif bölgələrinə dron hücumları olub
    • 29-01-2023, 09:58
    • 279

İranın müxtəlif bölgələrinə dron hücumları olub

İranın müxtəlif bölgələrinə hava hücumu olub.

News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb.
Sosial şəbəkə istifadəçiləri ölkənin paytaxtı Tehran başda olmaqla Rəşt, Təbriz, İsfahan və digər şəhərlərindən hava partlayışların əks olunduğu videolar paylaşıblar. Videogörüntülərdə hava hücumunda müdafiə sistemlərinin, həmçinin atışmaların səsləri eşidiliv. Ölkənin bir sıra şəhərlərində hava həyəcanı siqnalı verilib.
İran Müdafiə Nazirliyi İsfahanda quruma aid olan zavodda partlayışın “uğursuz dron hücumu” ilə əlaqələndirsə də, ölkənin digər şəhərlərindəki olaylar barədə hələlik açıqlama verməyib.
Eyni zamanda, “Al Arabiya” nəşri yazıb ki, İsrail İran daxilində əməliyyat keçirib. Bununla belə, ölkə rəsmiləri İranda baş verən hadisələrə münasibət bildirməyiblər.
Qeyd edək ki, hadisələr İsrailin Baş naziri Benyamin Netanyahunun Qüdsdəki terror hücumlarına dərhal cavab veriləcəyini bəyan etməsindən bir gün keçməmiş baş verib.