İranda ac timsahlar kəndə girdi - VİDEO
    • 2-08-2022, 12:02
    • 2 134

İranda ac timsahlar kəndə girdi - VİDEO

Son həftələrdə İranın onlarla əyalət və şəhərlərində baş verən sel daşqınlarından sonra ac timsahlar yaşayış bölgələrinə giriblər.

News24.az xəbər verir ki, sosial mediada Sistan-Bəluçistan əyalətinin Dəştyari şəhərinin Rikukəş kəndinə daxil olmuş timsahın görüntüsü yayılıb.

Xatırladaq ki, İranda baş verən son sel daşqınları ölkənin 20 əyalətinə, 111 şəhərinə və 29 nəqliyyat qovşağına ciddi xəsarət vurub, 60-dan çox insan sel daşqınlarının qurbanı olub yaxud itkin düşüb.