250 manat rüşvət məsələsinə Goranboyun özünəməşğulluq idarəsindən CAVAB - VİDEO
    • 24-01-2019, 16:34
    • 1 200

250 manat rüşvət məsələsinə Goranboyun özünəməşğulluq idarəsindən CAVAB - VİDEO

Goranboy rayon sakini Dəmirov Ariz Knyaz oğlunun özünəməşğulluq proqramından şikayəti barədə xəbər vermişdik.

News24.az-a daxil olan müraciətdə şikayətçi proqram çərçivəsində ona qoyunların təqdim olunduğunu, lakin onların içərisində qoçun olmadığını və qarşılığında 250 manat rüşvət tələb olunduğunu bildirib.

Ariz Dəmirovun şikayəti saytımızda yayımlandıqdan sonra Goranboy rayonunun məşğulluq idarəsinin müdiri Məmmədov Nicat redaksiyamızla əlaqə saxlayaraq, qarşı tərəfin iddiaları ilə bağlı fikir bildirdi. N. Məmmədovun dediyinə görə Dəmirov Arizə qoyunlar verildikdən sonra biri ölüb və qarşılığında qoç tələb edib: "Qısa müddət ərzində ona qoçun veriləcəyini dedik. Bunun qarşılığında ondan 250 manat istənilməsi isə heç bir həqiqəti əks etdirmir. Kimsə pul istəməyib”.

Şəlala AĞAYEVA