-
- 24-01-2019, 12:45
- 1 184
Özünəməşğulluq proqramı ilə bağlı şikayət – Rüşvət tələb olunur - VİDEO
Goranboy rayon sakini Dəmirov Ariz Knyaz oğlu özünəməşğulluq proqramından şikayətlənib.
News24.az-a daxil olan müraciətdə şikayətçi proqram çərçivəsində ona qoyunların təqdim olunduğunu, lakin onların içərisində qoçun olmadığını bildirib.
Buna görə də yaşadığı Goranboy rayonun məşğulluq idarəsinin müdiri Məmmədov Nicat Rizvan oğluna müraciət etdiyini açıqlayıb:
“Heyvanların yanına erkək cins qoyun verilməsi üçün məndən 250 manat pul edilir. Cənab nazirdən xahiş edirəm ki, bu məsələyə operativ münasibət bildirilsin. 1 həftədir ki, şikayətimə baxan yoxdur. Özüm əliləm. Məmmədov Nicat məni polislə hədələyir”.
Teymur MƏMMƏDOV