Abşeronun iki qəsəbəsində su kəsildi
    • 30-01-2023, 10:21
    • 177

Abşeronun iki qəsəbəsində su kəsildi

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

News24.az xəbər verir ki, bu barədə  “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.