BŞİH müxalifətin 26 yanvar mitinqinə razılıq verməyib
    • 24-01-2019, 18:01
    • 1 162

BŞİH müxalifətin 26 yanvar mitinqinə razılıq verməyib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli açıqlama verərək, bildirib ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
"Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktubunu müzakirə edərək müvafiq qərar verəcək", - R.Əhmədli bildirib.

Qeyd edək ki, sonuncu mitinq yanvarın 19-da keçirilib.

//Report