“Məni döydüyünüz üçün təşəkkür edirəm” - Röya
    • 30-01-2023, 17:55
    • 190

“Məni döydüyünüz üçün təşəkkür edirəm” - Röya

Xalq artisti Röya Ayxanın anşlaqla başa vurduğu  konsert proqramında başına iş gəlib.

News24.az xəbər verir ki,  sənətçi bu barədə instaqramda status paylaşıb. Estrada ulduzunun sözlərinə görə, o, pərəstişkarları ilə qucaqlaşdığı, şəkil çəkdirdiyi anlarda ona xırda xəsarətlər yetiriblər:

“Gələn konsertdə dəmirdən paltar geyinəcəyəm. Sizi sevirəm, məni döydüyünüz üçün təşəkkürlər. Əllərimi yeni görürəm, bu hissələrimi hələ demirəm (qolunu göstərir, - red.). Belə sevgimi olar? Döydülər (gülür)”.

Könül İBRAHİM