Azərbaycanda  zəncirvari yol qəzası oldu
    • 31-01-2023, 12:46
    • 199

Azərbaycanda zəncirvari yol qəzası oldu

İsmayıllı rayonunda dörd avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

News24.az xəbər verir ki,  hadisə Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Basqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "QAZ-52", "VAZ-2107", "Lada 099" və "Mercedes" markalı avtomobillər toqquşub.
Nəticədə "QAZ-52"nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.//report