Yeznələr birləşib qayınata və qayınananı döydülər — Cəlilabadda
    • 25-01-2019, 10:16
    • 1 025

Yeznələr birləşib qayınata və qayınananı döydülər — Cəlilabadda

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Şəhər ərazisində qeydə alınan hadisə nəticəsində 1948-ci il təvəllüdlü Səfərov Əli Tərlan oğlu və 1953-cü il təvəllüdlü Səfərova Gülxas Əliheydər qızı döyülüb.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Məlumata görə, döyülən şəxslər ər-arvaddır və yeznələri tərəfindən döyülüblər.

Faktla bağlı araşdırma aparılır.

//Report