-
- 1-02-2023, 11:20
- 271
Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində Ermənistandan TƏLƏBİ
Azərbaycan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistana minatəmizləmə işlərinə köməklik göstərməyi tapşırmağı istəyib.
News24.az xəbər verir ki, Haaqada 2020-ci ildə Ermənistan Azərbaycana qarşı “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya”nı pozması iddiasını qaldırıb. Bu gün isə Beynəlxalq Məhkəmədə Azərbaycana qarşı qaldırılan bu əsassız iddiaya qarşı Bakının əks iddiasına baxılıb.
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistana işğal dövründə minaladığı əraziləri təmizləmək barədə göstəriş verilməsini tələb edib. Eləcə də, İrəvanı azərbaycanlıların evlərinə qayıtmasının qarşısını almaq üçün əraziyə partlayıcı yerləşdirməsini dayandırmağa çağırıb.
Ermənistanın Azərbaycana minalarla bağlı məlumat verməkdən imtina etdiyini qeyd edən Məmmədov, “Bu səbəbdən Azərbaycan hələ də ciddi ölüm və yaralanmalarla üzləşir” deyə bildirib. /Haber Global/
Teymur MƏMMƏDOV