Bu şəxslərin maaşları artırıldı - CƏDVƏL
    • 1-02-2023, 13:12
    • 251

Bu şəxslərin maaşları artırıldı - CƏDVƏL

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

News24.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli bu Qərarın əlavəsinə uyğun olaraq müəyyən edilib.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.