Humanist və ədalətli azərbaycanlı şairənin ad günüdür - VİDEO
    • 25-01-2019, 11:50
    • 1 078

Humanist və ədalətli azərbaycanlı şairənin ad günüdür - VİDEO

Şairə Nazilə Səfərlinin ad günüdür!

Bu münasibətlə sevənlərindən, doğmaları və dostlarından təbriklər alan şairə xanım News24.Az-a özünü xoşbəxt hiss etdiyini bildirib.

Çoxunun güclü görüb, o cür qəbul etdiyi Nazilə xanım əslində bu fikirlər razılaşmır. O, özünü humanist və ədalətli biri olaraq ifadə edir. Adı qalmaqallarda hallanmağına baxmayaraq, bu vəziyyətlərə istəmədən düşən xanım Səfərli dava-qalmaqal adamı olmadığını da vurğulayır. Amma belə məqamlarda əzilmədiyini xüsusilə qeyd edir. 

Apardığı fərqli, keyfiyyətli xınayaxdı mərasimləri ilə tələbolunanlar sırasında öndə olan, eləcə də yazdığı şeirləri ilə xalqın sevgisini qazanan Nazilə Səfərlini ad günü münasibətilə təbrik edirik!

News24.Az