Nail Naiboğlu əvəzlədi - Nazilə Səfərlinin yerinə Vüsalə Səid aparıcılıq edəcək
    • 7-12-2018, 14:48
    • 2 296

Nail Naiboğlu əvəzlədi - Nazilə Səfərlinin yerinə Vüsalə Səid aparıcılıq edəcək

Rejissor Nail Naiboğlu ilk yubiley konsertinə hazirlaşır.

Hazırlıqların qaydasında və istədiyi kimi getdiyini deyən rejissor bildirib ki, artıq aktyorlar da məşqlərə başlayıblar:
"Əməkdar artist Bəhruz Vaqifoğlu məşqlərə gəlməyimə izn vermir. İstəyir ki, onların çıxışlarını konsert günü birbaşa səhnədən izləyim. Düşünürəm ki, maraqlı sürpriz hazırlayıblar".

Səhnə dekoru ilə 3 şirkətin məşğul olduğunu bildirən N. Naiboğlu konsertlə əlaqədar gözlənilmədən planının dəyişdiyini - şairə Nazilə Səfərlinin aparıcı olmayacağını bildirib. İki ay əvvəl aparıcılıq üçün Nazilə xanımdan razılıq alsa da şairənin "Maşın Şou"da iştirakı xəbəri rejissorun aparıcını təcili dəyişmək məcburiyyətində qoyub:
"Bunu gözləmirdim. Nazilə xanım bu günlərdə zəng edib tədbirimdə iştirakının ola bilsin baş tutmayacağını bildirdi. Özünə görə səbəb var idi deyə, mən də üstünə getmədim. Eşitdim ki, "Maşın Şou"da iştirak edəcək deyə gələ bilməyəcək. Amma özü bu xəbəri təstiqləmədi... Ona görə də işimi möhkəm tutmaq üçün yubiley konsertimin aparıcılığını Vüsalə Səidə həvalə etdim. Nazilə xanım da bunu anlayışla qarşıladı".

Rejissor N. Səfərlinin aparıcılıqdan imtina etdiyi üçün aralarında narazılıq yaranması dedi-qodusuna aydınlıq gətirərk, belə bir halın olmadığını qeyd etdi. Bildirdi ki, Səfərli ilə münasibətləri normaldır və ona olan hörmətini qoruyub saxlayır. 

News24.Az