Saakaşvilinin son görüntüləri yayıldı - FOTOLAR
    • 1-02-2023, 14:40
    • 316

Saakaşvilinin son görüntüləri yayıldı - FOTOLAR

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Tbilisidə müalicə aldığı klinikadan yeni görüntüləri yayılıb.

News24.az xəbər verir ki,  gürcü siyasətçinin fotolarını rusiyalı müxalif siyasətçi və hüquq müdafiəçisi Mark Feygin öz feysbuk hesabında paylaşıb.
Fotolarda Saakaşvilinin köynəyinin üzərində “I'm Ukrainian” (Mən ukraynalıyam) yazısı diqqət çəkib: “Mən Ukraynanın qalib gələcəyindən əminəm, lakin yaxın qələbəyə qədər yaşaya bilməsəm, mənim ürəyim Kiyevdə dəfn edilməlidir, o, Ukraynaya aiddir”.

Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin məhkəməsi keçirilir. Saakaşvili iclasa müalicə aldığı klinikadan onlayn qoşulub.