Saakaşvilinin səhhəti pisləşdi
    • 4-11-2022, 21:27
    • 422

Saakaşvilinin səhhəti pisləşdi

Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixeil Saakaşvilinin səhhəti pisləşib.

News24.az xəbər verir ki, bu barədə onun anası Giuli Alasania jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, M.Saakaşvili mart ayından bəri çox çəki itirib və mütəmadi olaraq qızdırması olur.

Həkimlər onun xəstəliyinin səbəbini müəyyən edə bilməyiblər.

Qeyd edək ki, ötən il sentyabrın sonunda qanunsuz yollarla Gürcüstana qayıtmış M.Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib. Sabiq Prezident həbsxanada keçirdiyi aclıq aksiyalarından sonra səhhətində yaranmış problemlərlə əlaqədar bir müddətdir Tbilisidəki özəl klinikalardan birində müalicə alır.