Saakaşvili məhkəmə zalına gətirildi
    • 29-11-2021, 12:52
    • 588

Saakaşvili məhkəmə zalına gətirildi

Tbilisi Şəhər Məhkəməsində Mixail Saakaşvilinin məhkəməsi başlayıb.

News24.az "1tv.ge" saytına istinadən xəbər verir ki, məhkəmə prosesinə təqsirləndirilən eks-prezidentin özü də gətirilib.

Məhkəmə binasının qarşısına Mixail Saakaşvilinin tərəfdarları toplanıb. Yerli təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, Mixail Saakaşvili, David Kezeraşvili, Zurab Adeişvili, Gigi Uqulava və Vano Merabişvili noyabrın 7-də keçirilən mitinqi dağıtmaqda, İmedi TV-yə müdaxilə etməkdə və Mtatsminda parkını ələ keçirməkdə ittiham olunurlar.