Almaniyadan Bakıya deportasiya edilən gəncdən DƏHŞƏTLİ ƏMƏL
    • 2-02-2023, 15:17
    • 259

Almaniyadan Bakıya deportasiya edilən gəncdən DƏHŞƏTLİ ƏMƏL

Bir neçə ay əvvəl Almaniyadan Azərbaycana deportasiya edilən gənc oğlan anasını bıçaqlayıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayon Əliyar Əliyev küçəsi bina 39 ünvanında baş verib. 1994-cü il təvəllüdlü, ali təhsilli Taleh Nəzərov (soyad şərtidir) anası Şəfaqəti evin mətbəxində bıçaqlayıb. O, anasına ümumilikdə 17 bıçaq zərbəsi endirib. Ağır xəsarətlər alan Şəfaqət Nəzərova xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı məlum olub ki, Taleh Bakıda 82 saylı məktəbi bitirdikdən sonra Çexiyaya gedib və orada ali təhsil alıb. Daha sonra Almaniyaya köçən Taleh 5 il orada qalıb və işləyib. Lakin bir neçə ay əvvəl sənədləri qaydasında olmadığından Almaniya polisi onu saxlayıb və bir qrup şəxslə birgə təyyarə ilə Bakıya deportasiya edib. Bundan sonra Taleh “Təfəkkür” Universitetində bufetçi işləyib, həmçinin anası ilə birgə kafe işlədib. Lakin işlədiyi müddətdə onda psixi problemlər yaranmağa başlayıb və 2 aya yaxın müalicə olunub.

T.Nəzərovun anasını bıçaqlaması ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb və işin materialları Bakı Ağır Cinatyətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin 27 yanvar 2023-cü il tarixli hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Taleh BAĞIROV