-
- 16-12-2022, 13:40
- 358
Bakıda arvadını bıçaqlayıb, qayınanasını döyən məmurdan YENİ XƏBƏR var
Bu ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il həbs cəzasına məhkum edilən “Azəristiliktəchizat” ASC-nin əməkdaşı Elzamin Ağayevin cəzası yüngülləşdirilib.
News24.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi arvadını bıçaqlayıb, qayınanasını döyən məmurun cəzasını 6 il 6 aya endirib. Məhkəmə birinci instansiyada ağır cəzanın təyin edilməsi qərarına gəlib.
Qeyd edək ki, hadisə bu il martın 4-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 1” yaşayış kompleksində baş verib. 1987-ci il təvəllüdlü Elzamin Ağayev həyat yoldaşı Minayə Ağayeva və onun anası Zülfiyyə Qafarova ilə ailə münaqişəsi zəminində mübahisə edib. Daha sonra o, arvadını mətbəx bıçağı ilə bıçaqlayıb, qayınanasını döyüb.
Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşı tərəfindən saxlanılan Elzamin Ağayev barəsində Cinayət Məcəlləsinin 126-1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.
Taleh Bağırov