Kamilə nişanını qaytardığını açıqladı
    • 3-02-2023, 11:03
    • 805

Kamilə nişanını qaytardığını açıqladı

Xanəndə Kamilə Nəbiyeva nişanını qaytardığını açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə o, “Həyat tərzi” verilişində danışıb. Kamilə deyib ki, ayrılığına səbəb qısqanclıq olub:

““Hə” olmuşdu. Böyük bir qısqanclıq oldu. Uzaq qohumum idi. “Hə”dən sonra başladı. Deyirlər ki, üzük barmağa girəndə hər şey başlayır. Söylədi ki, duet oxumayacaqsan, toylara getməyəcəksən. Mən də dedim, dayan, bu sənin üzüyün, bu da sən. Biz haradasa 5 gün üzük taxdıq. Bu söhbət üç ildir bitib. Allah onu da xoşbəxt etsin. O, qısqanclığını göstərmirdi. Fikirləşib ki, yəqin, “hə”dən sonra başlayar. O da səhv insana dedi. Sən məni bu sənətdə görübsən. Səhnədə o qədər gözəl ailələrin insanları var, xalq artistlərimiz və sairə. Hər kəs kimi istəyərəm gözəl ailəm, məni anlayan insan olsun. Başa düşməyən adamın yanımda yeri yoxdur”.//olay.az