-
- 11-08-2020, 15:05
- 1 022
"Allahım, verdiklərini məndən alma..." - KAMİLƏ BABAYEVA
"Təəssüratlarım çox şükür ki, yaxşıdır. Dualarımız hər zaman ağzımızdadır, amma dünən saat on ikini keçən kimi allaha çox sağ ol dedim. Ən böyük arzum dünyamızın sülh və firavan şəkildə olmasıdır. Çünki, dünya bizim böyük evimizdir. Bu bəlalar bizim başımızın üstündən nə qədər tez keçsə, gələcəyimiz də daha gözəl olar. Tək özüm üçün nəyisə arzu etməyi heç vaxt sevməmişəm. Xüsusi arzum yoxdur. Yetər ki, allahım verdiklərini əlimdən almasın".
Bu sözləri News24.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən teleaparıcı Kamilə Babayeva deyib. O, bildirib ki, ad gününü qızı və bir neçə dostu ilə birgə bağda qeyd edəcək: "Sosial məsafəni qorumaq şərti ilə əzizlərimlə birgə olacağıq. Şərayitə uyğun qeyd edəcəyik (gülür). Mənim üçün özümdən daha çox qızımın doğum günləri önəmli olur".
Qeyd edək ki, tanınmış teleaparıcının bu gün 42 yaşı tamam olur.
Sevda Bayramova