"Google"da işləyənlər kütləvi ixtisarlara qarşı aksiya keçirdi
    • 3-02-2023, 11:10
    • 170

"Google"da işləyənlər kütləvi ixtisarlara qarşı aksiya keçirdi

"Google" texnologiya şirkətinin əməkdaşları kütləvi ixtisarlara etiraz olaraq, həmçinin maaşların artırılması tələbi ilə nümayişlər keçiriblər.

News24.az "Bloomberg"ə istinadən xəbər verir ki, aksiyalar son iki gündə şirkətin Kaliforniya şəhərindəki baş qərargahında və "Google"-un Nyu-Yorkdakı ofislərində baş tutub.

Bu yaxınlarda işdən çıxarılan minlərlə işçiyə də dəstək verən nümayişçilərin ümumi sayı açıqlanmayıb.

Etirazçılar həm subpodratçıların, həm də "Google" əməkdaşlarının daxil olduğu "Alphabet İşçiləri Həmkarlar İttifaqı" tərəfindən təşkil edilib.

"Google"-un sahibi olduğu "Alphabet Corporation" daha əvvəl 12 min işçini ixtisar etmək qərarına gəldiyini açıqlamışdı.

Teymur MƏMMƏDOV